Qeyri-bankçılıq
100

“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb

“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb

“Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 0,7 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 77,8 dəfə azdır. 

Ötən il “Azərbaycan Mikro-Kreditin vergiyəqədərki mənfəəti 8 min manatdan çox (əvvəlki ilə nisbətən 9 dəfə az), mənfəət vergisi ödəmələri isə 8 min manata yaxın (2,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit"in aktivləri 3,091 milyon manat olub ki, bu da illik müqayisədə 4,4% çoxdur. Bunun 2,887 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 10,95% böyüyüb.

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit"in öhdəlikləri 6,9% artaraq 436 min manata, balans kapitalı isə 3,9% artaraq 2,655 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,2% artaraq 2,654 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər