Bankçılıq
121

"Azər-Türk Bank" ötən il büdcəyə proqnozdan 89% az dividend ödəyib

2019-cu ildə dövlətə məxsus “Azər-Türk Bank” büdcəyə 2,1 milyon manat proqnoza qarşı 225 min manat (89% az) dividend ödəyib. 

"Renkinq" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, Bankın aktivlərinin qiymətləndirilməsi nəticəsində əlavə ehtiyatların yaradılması ilə əlaqədar onun xərclərinin artması, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini aşağı salması, habelə depozit hərracında əməliyyat limitinin 300-350 milyon manatdan 100 milyon manata qədər azaldılması nəticəsində likvid vəsaitlərin yerləşdirilməsindən yaranan gəlirlərinin azalması, kredit resursları üzrə faiz gəlirliyinin azalması, ötən illərlə müqayisədə valyuta məzənnələrində yaranmış sabitliklə əlaqədar xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlərin azalması nəticəsində xalis mənfəət göstəricisinin büdcə proqnozundan daha az olması dividendin az ödənilməsinə səbəb olub.

Bölmədən olan bütün xəbərlər