İnvestisiya
342

Çinin internet oyunları nəhənginin bazar dəyəri 14% artıb

Çinin internet oyunları nəhənginin bazar dəyəri 14% artıb

Bu ilin əvvəlindən Çinin internet oyunları nəhəngi “Tencent” şirkətinin səhmləri 14% bahalaşıb. 

"Renkinq" "Forbes" nəşrinə istinadən xəbər verir ki, buna səbəb koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mobil oyunlara tələbatın kəskin artmasıdır. 

Son nəticədə şirkətin sahibi Ma Huatenq Çinin ən varlı adamı olub. Hazırda onun sərvəti 48,2 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. 

Bununla belə, ekspertlər hesab edir ki, "Tencent"in yüksəlişi müvəqqətidir. Pandemiya başa çatdıqdan sonra hərəkət məhdudiyyətlərinin azalması, məktəblərin və iş yerlərinin yenidən açılması ilə mobil oyunlara tələbat əvvəlki səviyyəyə düşəcək. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər