Bankçılıq
145

“Kapital Bank”dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

“Kapital Bank”dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

“Kapital Bank” ASC Azərbaycan Mərkəzi Bankının (AMB) çağırışına qoşularaq, pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara növbəti dəstək aksiyasını təqdim edir. Belə ki, 30 sentyabr 2020-ci il tarixinə qədər hüquqi şəxs və fərdi sahibkarlara respublikadaxili köçürmə komissiyası 50% endirilərək 0,1% təyin edilib.

Bu kampaniya, həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan AMB sistemindən qoşulanlara da şamil olunur.

“Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

“Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək Ticarət Mərkəzidə yerləşən Ticarət filialı və Binə Ticarət Mərkəzindəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Burada KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər