Qeyri-bankçılıq
176

“Prior Leasing”in səhmdarlarının yığıncağı keçiriləcək

“Prior Leasing”in səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 30-da “Prior Leasing” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 25E ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Prior Leasing” 2014-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 5 milyon manatdır. Bir qədər əvvəl bu şirkətə yaxın "Prior Credit" QSC bank olmayan kredit təşkilatı (BOKT) da yaradılıb. 

Bölmədən olan bütün xəbərlər