İnvestisiya
102

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 903,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% az vəsait yönəldilib. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 18,8% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 12,8% azalıb.

İstifadə olunmuş vəsaitin 2 622,3 milyon manatı və yaxud 67,2%-i məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı və yaxud 22,4%-i xidmət sahələrinə, 406 milyon manatı və yaxud 10,4%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. 

İnvestisiya qoyuluşunun 2 338,3 milyon manatını və yaxud 59,9%-ni daxili vəsaitlər təşkil edib. Vəsaitlərin 2 383,2 milyon manatı və yaxud 61,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62%, büdcə vəsaitləri 21%, əhalinin şəxsi vəsaitləri 6,6%, bank kreditləri 5,7%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5%, sair vəsaitlər isə 2,2% təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Bakıda “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan MR-da ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 

Bölmədən olan bütün xəbərlər