Qeyri-bankçılıq
135

Azərbaycanda lombard şirkətləri də hesabat verəcək

Azərbaycanda lombard şirkətləri də hesabat verəcək

“Azərbaycanda “Lombardlar haqqında” qanun layihəsi artıq 3-cü oxunuşdadır. Bu qanun qəbul edildikdən sonra bizim hazırda xaotik vəziyyətdə olan lombard kreditləri bazarını tənzimləmək imkanımız olacaq”.

"Renkinq" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

“İşçi qrupu bu sektorun fəaliyyəti ilə bağlı hesabat hazırlayıb və mənə təqdim edib. Hələ ki, lombard fəaliyyəti üzrə hesabatlılıq yoxdur, amma dediyim qanunun qəbulundan sonra belə bir hesabatlılıq olacaq” – o qeyd edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər