İnvestisiya
352

“Bakıxanov-Çörək” səhmdarlarına divident ödəyəcək

“Bakıxanov-Çörək” səhmdarlarına divident ödəyəcək

İyunun 30-da, saat 11:00-da “Bakıxanov-Çörək” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 26B ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Bakıxanov-Çörək”in ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir. 

Xatırladaq ki, “Bakıxanov-Çörək” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 272 780 manatdır. 

Bölmədən olan bütün xəbərlər