Sığorta
315

"Təmiz Şəhər" "Azərsığorta"nı məhkəməyə verib

Azərbaycanda iki dövlət şirkəti məhkəmə çəkişməsindədir.

"Renkinq" xəbər verir ki, İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC Dövlət Sığorta Kommersiya Şirkətini ("Azərsığorta") məhkəməyə verib.

İddiaya səbəb sığorta müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisələr, daha dəqiq desək, sığorta ödənişinin verilməməsidir.

İşlə bağlı cavabdeh qismində "Yol İnşaatçısı" MMC də çıxış edir. İlkin instansiya məhkəməsindən keçmiş iddiaya hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Vüsalə Baxışovadır.

Bölmədən olan bütün xəbərlər