İnvestisiya
427

Çin ABŞ-ın qiymətli kağızlarını satışa çıxara bilər

Çin ABŞ-ın qiymətli kağızlarını satışa çıxara bilər

Çin ABŞ-ın qiymətli kağızlarının satışa çıxara və bununla da, dolları ucuzlaşdıra bilər.

“Renkinq" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazıb.

Yazıda bildirilir ki, Çin ABŞ-ın dövlət istiqrazlarına 1,1 milyard dollar investisiya qoyub və hazırda bu rəqəmi azaltmağı düşünür. Bu addımın ikitərəfli ticarət münasibətlərindəki yeni gərginliyə və koronavirus (COVID-19) pandemiyasına görə ölkələr arasındakı "söz müharibəsi"nə cavab olaraq atılacağı deyilir.

Çinin qərarı həm də ABŞ-ın qiymətli kağızlar bazarı üçün problemlər yarada bilər. Çünki, rəsmi Vaşinqton pandemiyanın iqtisadi təsirlərini azaltmaq üçün bir sıra proqramları maliyyələşdirmək istəyir və bu məqsədlə dövriyyəyə yeni qiymətli kağızlar buraxır. Bundan başqa, investisiyalardan imtina ABŞ-ın nüfuzuna ciddi zərbə vuracaq və bu ölkənin qlobal investorlara ödəmə qabiliyyətini şübhə altına alacaq.

Bununla belə məqalə müəllifləri vurğulayıblar ki, bu kimi radikal addımları rəsmi Pekin ən son variant kimi nəzərdə tutur. Çin rəhbərliyi əvvəlcə ABŞ-a başqa yollarla təzyiq göstərməyə çalışacaq.

Bu arada, “Deloitte China” nəşrinin baş iqtisadçısı Süy Sitao bildirib ki, Çin və Rusiya ABŞ hökumətinin dünya bazarında silah kimi istifadə etdiyi dollardan istifadəni dayandırmaq barədə müzakirələr aparır. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər