Büdcə
145

Dövlət Statistika Komitəsi ötən ili mənfəətlə başa vurub

Dövlət Statistika Komitəsi ötən ili mənfəətlə başa vurub

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ili 5,442 milyon manat mənfəətlə başa vurub. Halbuki qurum 2018-ci ildən 1,456 milyon manat zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il DSK-nın gəlirləri 19,215 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. Bunun 19,21 milyon manatı qeyri-birja əməliyyatlarından, 5 min manatı isə birja əməliyyatlarından əldə olunub.

Hesabat dövründə Komitənin xərcləri isə 13,773 milyon manat olub ki, bu da illik müqayisədə 27,5% çoxdur. Bunun 5,248 milyon manat əmək haqqı və sosial sığorta xərcləri, 2,873 milyon manatı sərf edilmiş materialların dəyəri, 1,123 milyon manatı amortizasiya xərcləri, 4,529 milyon manatı isə sair əməliyyat xərcləridir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər