Qeyri-bankçılıq
403

"Regional" BOKT-un zərəri azalıb

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 15 min manat zərərlə başa vurub.

"Renkinq" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 75,7% azdır.

Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 325 min manat olub ki, bu da illik müqayisədə 30,5% çoxdur. Bunun 178 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 11,9 dəfə böyüyüb.

Hesabat dövründə "Regional"ın 91 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 6% azalaraq 234 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər