Büdcə
150

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 347,885 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4% artaraq 327,483 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,4% azalaraq 963,925 milyon manat, aksizlər üzrə daxilolmalar 54,4% azalaraq 43,841 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 4,4% azalaraq 12,637 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər