Büdcə
142

"BakuBus"ın nizamnamə kapitalı artırılacaq

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC 2019-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Renkinq" xəbər verir ki, sorğunun qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 17 700 manat ödəniləcək.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər