Qeyri-bankçılıq
434

“İcraçı Kredit Agentliyi” BOKT-un xalis mənfəəti 3 dəfə artıb

“İcraçı Kredit Agentliyi” BOKT-un xalis mənfəəti 3 dəfə artıb

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 19 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,5 dəfə çoxdur.

Ötən il “İcraçı Kredit Agentliyi"nin vergiyəqədərki mənfəəti 14 min manat (əvvəlki ilə nisbətən 81,9% az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 5 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi"nin aktivləri 3,092 milyon manat olub ki, bu da illik müqayisədə 18% çoxdur. Bunun 1,972 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 3,6% böyüyüb.

Hesabat dövründə “İcraçı Kredit Agentliyi"nin öhdəlikləri 2,6 dəfə artaraq 761 min manata, balans kapitalı isə 0,2% artaraq 2,331 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər