Büdcə
141

"İstehlak Mallarının Ekspertizası Mərkəzi"nin mənfəəti 46% artıb

İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2019-cu ili 1,475 milyon manat mənfəətlə başa vurub.

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ildə nisbətən 45,75% çoxdur.

Ötən il  "İstehlak Mallarının Ekspertizası Mərkəzi" 4,368 milyon manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 22,5% çoxdur. Bunun hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləridir.

Hesabat dövründə qurumun xərcləri isə 13,3% artaraq 2,893 milyon manat, o cümlədən işçi heyəti üzrə xərcləri 43,1% artaraq 2,164 milyon manat, amortizasiya xərcləri 10,6% azalaraq 126 min manat, digər əməliyyat xərcləri 62,4% artaraq 229 min manat, sair əməliyyat xərcləri isə 16,5% azalaraq 374 min manat təşkil edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər