Sığorta
152

Azərbaycanda 17 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 17 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-mart aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 17-nin ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar-mart aylarında bazarda olmadığı üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət 3 ayda 620 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 13,3 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Günay Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 581 min manat təşkil edib ki, bu da illik müqayisədə 10% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 3 ay ərzində 4,174 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 100% azalıb.  

Bölmədən olan bütün xəbərlər