Sığorta
157

Azərbaycanda 5 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 5 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-mart aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 16-nın yığımları illik müqayisədə artıb, 5-nin yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar-mart aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 3 ayda 722 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 8 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Azsığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 3,312 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 3 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,4% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Qala Həyat Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 7,2% azalaraq 2,393 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər