İnvestisiya
257

"Bakı Fond Birjası"nın dövriyyəsi 40% azalıb

Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 003,256 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% azdır.

Ötən 4 ayda bağlanmış əqdlərin sayı isə 3,2% azalaraq 1 460 olub.

BFB-nin dövriyyəsinin 53,3%-i, yaxud 1 601,543 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 65,8% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 8,4 dəfə artaraq 888,236 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 513,477 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər