Sığorta
258

"Günay Sığorta" maliyyə sektorundan pay alacaq

İyunun 8-də, saat 15:00-da “Günay Sığorta” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Renkinq" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Günay Sığorta"nın maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin nizamnamə kapitalına investisiya qoyması məsələsi daxildir.

Bölmədən olan bütün xəbərlər