Sığorta
152

Azərbaycanda sığorta ödənişlərinin 76%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 76%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 77,064 milyon manat sığorta ödənişinin 58,61 milyon manatı və yaxud 76,05%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (29,891 milyon manat), "PAŞA Sığorta" (15,282 milyon manat), "Atəşgah Həyat Sığorta" (4,726 milyon manat), “Xalq Sığorta” (4,537 milyon manat) və "Atəşgah Sığorta" (4,174 milyon manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "Bakı Sığorta" (62 min manat),  "Rəvan Sığorta" (134 min manat) və "Amrah Sığorta" (173 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 369 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,5%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 18,085 milyon manat (23,45%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər