İnvestisiya
271

“Amrah Bank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq

“Amrah Bank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsi lisenziyası ləğv edilmiş “Amrah Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi barədə qərar qəbul edib.

"Renkinq" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.

Bölmədən olan bütün xəbərlər