Sığorta
136

Azərbaycanda könüllü sığorta 24%, icbari sığorta isə 13% artıb

Azərbaycanda könüllü sığorta 24%, icbari sığorta isə 13% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 160,518 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 12,7% artaraq 80,247 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 57,458 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 92,1% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,1% artaraq 19,606 milyon manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-mart aylarında 23 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 22,9 manatdan 24,4 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər