Sığorta
196

Azərbaycanda 6 sığorta şirkətinin (xalis) mənfəəti azalıb

Azərbaycanda 6 sığorta şirkətinin (xalis) mənfəəti azalıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki maliyyə mənfəəti illik müqayisədə çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Günay Sığorta", "Amrah Sığorta", "Qala Həyat Sığorta", "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta", "Rəvan Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərdir.

Ən yüksək dinamika "Günay Sığorta"da (12,6 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta"da (5,4%) qeydə alınıb.

6 şirkətin - "A-Qrup Sığorta", "Meqa Sığorta", "Bakı Sığorta", "İpək Yolu Sığorta" ASC-lər, "Azərsığorta", eləcə də "Azsığorta" ASC-nin isə (xalis) mənfəəti illik müqayisədə az olub. Ən çox azalma "Azsığorta"da (82,6%), ən az azalma isə "A-Qrup Sığorta"da (24,9%) qeydə alınıb.

2 şirkətin - "Xalq Həyat Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lərin isə zərəri artıb - müvafiq olaraq 36,3 dəfə və 73,2%.

2 şirkət - "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lər ötən ili zərərlə, əvvəlki ili mənfəətlə, 3 şirkət - "Atasığorta", "Atəşgah Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lər isə ötən ili mənfəətlə, əvvəlki ili zərərlə başa vurub, odur ki, bu şirkətlərin maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər