Sığorta
223

Azərbaycanda 4 sığorta şirkəti zərərlə işləyir

Azərbaycanda 4 sığorta şirkəti zərərlə işləyir

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-ü ötən ili zərərlə başa vurub.

"Renkinq" xəbər verir ki, bunlar "Xalq Həyat Sığorta", "Standard Insurance" Sığorta Şirkəti, "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lərdir.

Zərərin ən yüksək həddi "Xalq Sığorta"da (17,656 milyon manat), ən aşağı həddi isə "Xalq Həyat Sığorta"da (1,109 milyon manat) qeydə alınıb.

Qalan 17 sığorta şirkəti isə müxtəlif məbləğlərdə mənfəət əldə edib. Bu baxımdan ən yüksək göstərici "PAŞA Həyat Sığorta" ASC-də (32,013 milyon manat), ən aşağı göstərici isə "Bakı Sığorta" ASC-də (237 min manat) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər