Büdcə
142

İpoteka və Kredit Zəmanət Fondu ötən il 19 milyon manata yaxın mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu ötən il 19 milyon manata yaxın mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ili 18,695 milyon manat mənfəətlə başa vurub. Halbuki, Fond 2018-ci ildən 19,496 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il İKZF-nin faiz gəlirləri 44,959 milyon manat (əvvəlki illə müqayisədə 6,3% az), faiz xərcləri 18,825 milyon manat (8,1% çox), dəyərsizləşmə üzrə zərəri 376 min manat (50,7% az), haqq və komissiya gəlirləri 363 min manat (42,7% az), haqq və komissiya xərcləri 1,136 milyon manat (41,3% çox), digər gəlirləri 930 min manat (12,9% çox), insan resursları üzrə xərcləri 4,495 milyon manat (26,1% çox), inzbati və digər xərcləri isə 2,725 milyon manat (18,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKZF-nin aktivləri 1 436,231 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% çoxdur. Bunun 998,158 milyon manatı ipoteka kreditləridir. 2019-cu ildə Fondun kredit portfeli 12,6% böyüyüb.

Hesabat dövründə İKZF-nin öhdəlikləri 2,1% artaraq 754,397 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının dəyəri 5,4% artaraq 730,207 milyon manata, balans kapitalı isə 22,3% artaraq 651,834 milyon manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 566 milyon manata çatıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər