Sığorta
158

Azərbaycanda 8 sığorta şirkətinin mənfəət vergisi ödəmələri azalıb

Azərbaycanda 8 sığorta şirkətinin mənfəət vergisi ödəmələri azalıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 6-nın ötən il ödədiyi mənfəət vergisi əvvəlki ilə nisbətən çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Günay Sığorta", "Qala Sığorta", "Qala Həyat Sığorta", "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərdir.

Bu baxımdan, ən yüksək dinamika "Günay Sığorta"da (43,8 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta"da (5,4%) qeydə alınıb.

8 sığorta şirkətinin isə mənfəət vergisi ödəmələri azalıb. Bunlar "Meqa Sığorta", "A-Qrup Sığorta", "Bakı Sığorta", "İpək Yolu Sığorta", "Atasığorta", "Azsığorta", "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lərdir. Ən çox azalma "AXA Mbask" və "Xalq Sığorta"da (100%), ən az azalma isə "Meqa Sığorta"da (8,9%) qeydə alınıb.

5 şirkət - "Amrah Sığorta", "Xalq Həyat Sığorta", "Rəvan Sığorta", "Standard Insurance" Sığorta Şirkəti ASC-lər, eləcə də "Azərsığorta" həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib, 2 şirkət - "Atəşgah Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lər isə ötən il vergi ödəsə də, əvvəlki il ödəməyib, odur ki, bu şirkətlərin maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər