Sığorta
158

Azərbaycanda 7 sığorta şirkəti mənfəət vergisi ödəməyib

Azərbaycanda 7 sığorta şirkəti mənfəət vergisi ödəməyib

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-si ötən il mənfəət vergisi ödəməyib.

"Renkinq" xəbər verir ki, bunlar "AXA Mbask" Sığorta Şirkəti, "Amrah Sığorta" ASC-lər, "Azərsığorta", eləcə də "Xalq Sığorta", "Xalq Həyat Sığorta", "Rəvan Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lərdir.

Qalan 14 sığorta şirkəti isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "PAŞA Sığorta" ASC-də (8,986 milyon manat), ən aşağı göstərici isə "Atasığorta" ASC-də (19 min manat) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər