Qeyri-bankçılıq
186

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,6 milyon manat zərərlə başa vurub.

“Renkinq” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 0,8 milyon manat, əməliyyat xərcləri 0,2 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat təşkil edib. 

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 16 milyon manat olub. Bunun 14,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,4 milyon manat, o cümlədən aldıqları kreditlər 6 milyon manat, balans kapitalı isə 9,6 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,3 milyon manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər