Digər
94

Bitkoin apreldə 35% bahalaşıb

Bitkoin apreldə 35% bahalaşıb

Dünyanın aparıcı kriptovalyutası bitkoinin qiyməti ötən gün 3,3% artaraq 8 min ABŞ dollarını keçib.

“Renkinq” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, martın sonu ilə müqayisədə isə bitkoinin qiymətində 35% artım var. 

Ekspertlər bahalaşmanı gələn ay həyata keçirilməsi planlaşdırılan bitkoinin bölünməsi əməliyyatı ilə izah edirlər.

Xatırladaq ki, bundan əvvəlki 2 bölünmədə kriptovalyutanın qiyməti tarixi maksimumları yeniləmişdi. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər