Sığorta
141

"İpək Yolu Sığorta"nın mənfəəti artıb

“İpək Yolu Sığorta” ASC bu ilin I rübünü 689 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 575 min manat mənfəətlə çıxmışdı 

“Renkinq” xəbər verir ki, yanvar-mart aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 9,35 milyon manat (illik müqayisədə 31,1% çox), xərcləri 8,489 milyon manat (29,45% çox), mənfəət vergisi ödəmələri isə 172 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. 

Bu il aprelin 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 36,933 milyon manat olub ki, bu da illik müqayisədə 26,3% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 24,8% azalaraq 20,507 milyon manata, balans kapitalı isə 28% azalaraq 16,426 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər