İnvestisiya
141

"Bakı Fond Birjası" korporativ istiqrazlar üzrə listinq tariflərini ləğv edib

"Bakı Fond Birjası" QSC (BFB) bu il aprelin 1-nə gələn il yanvarın 1-nə qədər korporativ istiqrazlar üzrə listinq tariflərini ləğv edib.

"Renkinq" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.

Məlumata görə, bu addım koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədi ilə Azərbaycan Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə əsasən atılıb.

Bundan başqa, Birja qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsinin bu ilin sonuna qədər minimallaşdırılması, emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospektinin tələb olunması barədə qərar qəbul edib.

 

Bölmədən olan bütün xəbərlər