İnvestisiya
125

"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis mənfəəti 15% azalıb

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2019-cu ili 556 min manat xalis mənfəətlə başa vurub.

"Renkinq" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 15% azdır.

Ötən il "İnvest-AZ"ın əməliyyat gəlirləri 3,73 milyon manat (illik müqayisədə 4,6% az), əməliyyat xərcləri 2,942 milyon manat (3,95% az), məzənnə fərqindən zərəri 32 min manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 199 min manat (2,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "İnvest-AZ"ın aktivləri 11,77 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,1% azalaraq 8,958 milyon manata düşüb, balans kapitalı isə 24,7% artaraq 2,811 milyon manata, o cümlədən nizamnamə kapitalı 40,9% artaraq 2,255 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər