Bankçılıq
490

"Access Bank" kənd təsərrüfatının inkişafı üçün mikro kreditlər verməyə başlayıb

“Access Bank” QSC fermerlərə mikrokredit verən ilk bank oldu. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığın nəticəsi olaraq, bankın müştəriləri dövlətin aqrar sahəyə verdiyi girovsuz güzəştli mikro kreditlərdən faydalana bilərlər. İlk faydalananlar "Bərdə" filialının müştəriləri olub. Bu gün onlar “Access Bank”dan kreditlərini əldə edərək, təsərrüfatlarının inkişafı üçün zəmin əldə ediblər. 

Ölkə prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələbaşlayıb. Fərmanla AKİA-nın  səlahiyyətləri artırılıb. Bu Fərman fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15 min manata qədər girovsuz mikrokredit vermək imkanı yaradır.

“Access Bank”ın İdarə Heyətinin Sədri Anar Həsənov bildirib: “Access Bank” ilbəil kənd təsərrüfatındakı biznesləri planlı şəkildə dəstəkləyir. Hər ay bank tərəfindən verilən kreditlərin 50%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilir. Təkcə son bir il ərzində bank tərəfindən 120 milyon manat məbləğində 35 min mikro kredit verilib. Bu gün kənd təsərrüfatına dəstəyimizi AKİA ilə əməkdaşlıq sayəsində daha da genişləndiririk.”

AKİA-nın sədri Mirzə Əliyev bildirib: "Biz əminik ki, bu layihə kənd  təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq".

Fermerlər aqro kreditlərdən yararlanmaq üçün “Access Bank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və yaxud bankın filiallarına  yaxınlaşa bilərlər. 

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

Bölmədən olan bütün xəbərlər