Bankçılıq
433

"Rabitəbank"ın əməliyyat mənfəəti 30% artıb

2020-ci ilin I rübünün göstəricilərinə əsasən, "Rabitəbank" 1,1 milyon manat mənfəət əldə edib. Bankın kredit portfeyli keçən ilin analoji dövrü ilə müqaisədə 9,6%, yəni 54 milyon manat artaraq 388 milyon manat olub. Rübün sonuna bankın aktivləri 709 milyon manat təşkil edib, balans kapitalı isə keçən ilin analoji dövrü ilə müqayisədə 4%, yəni 3,8 milyon manat artaraq 97 milyon manata çatıb. Bankın əməliyyat mənfəəti sözükeçən dövr ərzində 2019-cu ilin analoji dövrü ilə müqaisədə 30%-ə qədər artaraq 4,25 milyon manat təşkil edib.

Bankın faiz gəlirləri sözügedən dövr ərzində 14%, yəni 1,4 milyon manat artaraq 11,3 milyon manata çatıb. Bankın bu dövr ərzində qeyri-faiz gəlirləri 54%, yəni 1,4 milyon manat artıraraq 4 milyon manata çatıb.

Bankın verdiyi istehlak kreditlərinin həcmi də 2019-cu ilin analoji dövrü ilə müqayisədə 17 milyon manat artaraq 47 milyon manata çatıb. Bank 2020-ci ilin ilk rübü ərzində 24 milyon manat məbləğində biznes krediti verərək, ümumi biznes kredit portfelini 242 milyon manata çatdırıb. Fərdi sahibkarlara, o cümlədən fikizi və hüquqi şəxslərə  maliyyə xidmətlərinin əlçatanlığını artırmaq üçün "Rabitəbank" Dünya Bankı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə aktiv şəkildə biznes kreditlərinin verilməsini davam etdirir.

"Rabitəbank"da sürətli pul köçürmələri dövriyyəsi analoji dövr ərzində 10%, yəni 4 milyon manat artaraq 43 milyon manata çatıb. Sürətli pul köçürmə sayı isə 4,5%, yəni 3 min ədəd artaraq 68 minə çatıb.

Bankın aktiv kart sayı 2019-cu ilin analoji dövrü ilə müqaisədə 40%, yəni 25 min ədəd artaraq 87 000 ədədə çatıb. 2019-cu ilin dekabr ayında tam yenilənmiş "Kartmane" kartlarını təqdim edən "Rabitəbank" bu kartlarla müştərilərə bir sıra xüsusi imtiyazlar və ölkənin bank bazarında ilk dəfə olaraq bir ədəd kart vasitəsilə 3 növ “cashback” imkanını təqdim edir. Belə ki, daha əvvəl təqdim edilən dünyanın istənilən ölkəsində YDM xərcləmələrinə 10% və restoran xərcləmələrinə 5% “cashback” təklifi ilə yanaşı, bank “bütün ödənişlərə 2%” və “supermarketlərə 5%” cashback tiplərini təqdim edib. Dekabr 2019 – Mart 2020 tarixləri ərzində "Kartmane" kartı sahiblərinə 50 000 AZN-dan çox "cashback" qazandırıb. Müştərilərə təklif etdiyi üstünlüklərə görə "Kartmane" kartı 2020-ci ilin fevral ayında “Azeri Business Awards” tərəfindən “Ilin Innovativ Bank məhsulu” nominasiyası üzrə qalib olub.

Müştərilərə təklif etdiyi rəqəmsal bank xidmətlərinin sayını durmadan artıran "Rabitəbank"ın 2019-cu ildə istifadə verdiyi mobil tətbiqi də sürətlə böyüməyə davam edir. Hal-hazırda 25 000-dən çox aktiv istifadəçisi olan "Rabitabank Mobile" tətbiqi vasitəsilə müştərilər banka gəlmədən maliyyə xidmətlərindən faydalanırlar. "Rabitəbank" "Rahat bankçılıq" şüarına sadiq qalaraq mobil tətqib vasitəsilə müştərilə verdiyi xidmətlərin çeşidliyinin, sürətinin və istifadə rahatlığının artırılması istiqamətində əməli addımlar atır.

Bölmədən olan bütün xəbərlər