Bankçılıq
185

"AGBank"ın zərəri 2 dəfəyə yaxın artıb

"AGBank" ASC bu ilin I rübünü 1,009 milyon manat zərərlə başa vurub.

"Renkinq" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 90% və yaxud 2 dəfəyə yaxın çoxdur.

Yanvar-mart aylarında "AGBank"ın gəlirləri 8,53 milyon manat (illik müqayisədə 28,5% az), xərcləri 10,155 milyon manat (20,8% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 616 min manat (40,6% çox) təşkil edib.

Bu il aprelin 1-nə "AGBank"ın aktivləri 459,017 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3% azdır. Bunun 210,379 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,7% böyüyüb.

Hesabat dövründə "AGBank"ın öhdəlikləri 7,6% azalaraq 410,015 milyon manata, o cümlədən depozit portfeli 5,3% azalaraq 209,355 milyon manata, balans kapitalı isə 4,8% azalaraq 49,002 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər