Bankçılıq
146

"Rabitəbank" kartları pulsuz ünvanına çatdırır!

"Rabitəbank" ASC rahat bankçılıq şüarı ilə müştərilərinə xoş təəccüblər yaşadır!

Artıq hər kəs rahat şəkildə "Kartmane" sahibi olacaq! Bank öz unikal məhsulundan yararlanmaq istəyən müştərilərin sağlamlığı və təhlükəsizliyi üçün, çatdırılma imkanını təqdim edir. Bu gündən etibarən, sifariş verilən Kartmane kartları, müştərilərin qeyd etdiyi ünvana "Rabitəbank" tərəfindən çatdırılacaq.  Bankın rəsmi saytı, "Rabitəbank Mobile" tətbiqi ilə yanaşı, "Telegram" və "Facebook" messencerdə "RabitəBot" üzərindən sifariş verilən "Kartmane"lərə aiddir.

(Kart sifarişi üçün: www.bit.ly/Kartmane

Bir çox üstünlüyü olan "Kartmane kartı" ilə müştərilər fərqli "cashback" növlərindən birini seçə bilərlər. Belə ki, bütün dünyada istənilən YDM-dən 10%-ə qədər, kafe və restoranlardan 5% , o cümlədən bütün ödənişlərə 2% "cashback"dən birini seçərək, "Kartmane" sahibləri qazandıqları bonusları rahatlıqla "Rabitabank Mobile" tətbiqi vasitəsi ilə hesablarına köçürə bilərlər.

Bununla yanaşı müştərilər "Rabitəbank"ın durmadan artan partnyor şəbəkəsində tam 25%-ə qədər əlavə "cashback" qazana bilər. Müştərilər "Kartmane" kartlarındakı vəsait qalıqlarına 6%-ə qədər gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra bilərlər.  

Daha ətraflı məlumat və kart sifarişi üçün, https://rabitabank.com/kartmane linkinə daxil olmaq lazımdır. 

"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bölmədən olan bütün xəbərlər