Qeyri-bankçılıq
145

"Embafinans" BOKT-un səhmləri dövlət qeydiyyatına alınıb

"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.

"Renkinq" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

***

Məsələ ilə bağlı açıqlama verən "Embafinans"ın Hüquq şöbəsinin müdiri Samir İskəndərov bildirib ki, həqiqətən də bu il, fevralın 3-də təmsil etdiyi BOKT-un hər birinin nominal dəyəri 1 000 manatdan ibarət olan 10 min ədəd səhminin emissiyası dövlət qeydiyyatına alınıb. Amma məqsəd kapital artımı deyil: "Ötən ilin sonlarına yaxın "Embafinans" təşkilati-hüquqi formasını MMC-dən QSC-yə dəyişib. Bununla əlaqədar dövriyyəyə səhm buraxılması zərurəti yaranıb və BOKT sözügedən emissiyanı dövlət qeydiyyatından keçirib, yeni təşkilati-hüquqi formaya keçid prosesi tamamlanıb". 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər