Digər
173

Azərbaycanda dövlət şirkətinin rəhbəri dəyişib

Azərbaycanda dövlət şirkətinin rəhbəri dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin direktoru Firuddin Əliyev vəzifəsindən azad edilib.

"Renkinq" xəbər verir ki, şirkətə rəhbərlik Çingiz Mehdiyevə həvalə olunub.

Xatırladaq ki, "Təhlükəli Tullantılar" 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər