Sığorta
148

Azərbaycanda 5 sığorta şirkətinin balans kapitalı azalıb

Azərbaycanda 5 sığorta şirkətinin balans kapitalı azalıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Standard Insurance" Sığorta Şirkəti, "A-Qrup Sığorta", "Xalq Həyat Sığorta", "Xalq Sığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.

Ən çox azalma "AXA Mbask"da (26,3%), ən az azalma isə "Standard Insurance"də (3,3%) qeydə alınıb.

Qalan 16 sığorta şirkətinin isə balans kapitalı artıb. Ən yüksək dinamika "PAŞA Həyat Sığorta" ASC-də (18,4%), ən aşağı dinamika isə "Rəvan Sığorta" ASC-də (1,7%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər