Sığorta
132

Azərbaycanda 4 sığorta şirkətinin balans kapitalı 35 milyon manatdan çoxdur

Azərbaycanda 4 sığorta şirkətinin balans kapitalı 35 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 35 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "PAŞA Sığorta" (84,604 milyon manat), "PAŞA Həyat Sığorta" (72,918 milyon manat), "Xalq  Sığorta" (41,128 milyon manat) və "Azsığorta" (35,058 milyon manat) ASC-lərdir.

Qalan 17 sığorta şirkətindən 11-nin balans kapitalı 12-27 milyon manat arasında, 6 şirkətin balans kapitalı isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər