Digər
119

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Renkinq" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 1 faiz bəndi azaldılaraq 9,75%-dən 8,75%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında uçot dərəcəsi 0,75 faiz bəndi azaldılaraq 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında uçot dərəcəsi 0,5 faiz bəndi azaldılaraq 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmuş iclasında isə uçot dərəcəsi 10,75%-dən 9,75%-ə endirilmişdi. 

Bölmədən olan bütün xəbərlər