Sığorta
136

Azərbaycanda 13 sığorta şirkətinin qısamüddətli öhdəlikləri artıb

Azərbaycanda 13 sığorta şirkətinin qısamüddətli öhdəlikləri artıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Bakı Sığorta", "Atəşgah Həyat Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Atəşgah Sığorta", "Qala Həyat Sığorta", "AXA Mbask" Sığorta Şirkəti ASC-lər və "Azərsığorta"dır.

Ən çox azalma "Azərsığorta"da (91,2%), ən az azalma isə "Bakı Sığorta"da (5,4%) qeydə alınıb.

1 şirkətin - "Xalq Həyat Sığorta"nın qısamüddətli öhdəlikləri ötən ildən formalaşdığı üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 13 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika "Atasığorta" ASC-də (58,5 dəfə), ən aşağı dinamika isə "Meqa Sığorta" ASC-də (12,1%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər