Sığorta
128

Azərbaycanda 4 sığorta şirkətinin qısamüddətli öhdəlikləri 2 milyon manatdan çoxdur

Azərbaycanda 4 sığorta şirkətinin qısamüddətli öhdəlikləri 2 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri 2 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "PAŞA Sığorta" (13,086 milyon manat), "PAŞA Həyat Sığorta" (8,587 milyon manat), "Qala Sığorta" (5,086 milyon manat) və "Atəşgah Sığorta" (2,084 milyon manat) ASC-lərdir.

Qalan 17 sığorta şirkətindən 5-nin qısamüddətli öhdəlikləri 1-2 milyon manat arasında, 8 şirkətin qısamüddətli öhdəlikləri 100 min manatdan 1 milyon manata qədər, 4 şirkətin qısamüddətli öhdəlikləri isə 100 min manatdan azdır.

Bölmədən olan bütün xəbərlər