Sığorta
155

"Qala" sığorta qrupu səhmdarlarına hesabat verəcək

İyunun 19-da, saat 10:00-da "Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək. 

"Renkinq" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında yerləşən baş ofisində olacaq. 

Həmin gün saat 15:00-da isə "Qala Sığorta" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək. 

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124B ünvanında yerləşən baş ofisində olacaq. 

Hər iki yığıncağın gündəliyinə maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir. 

Bölmədən olan bütün xəbərlər