Sığorta
129

Azərbaycanda 14 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri artıb

Azərbaycanda 14 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri artıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Meqa Sığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta", "Qala Həyat Sığorta", "Atasığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.

Ən çox azalma "AXA Mbask"da (90%), ən az azalma isə "Meqa Sığorta"da (3,5%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin isə uzunmüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika "Xalq Həyat Sığorta" ASC-də (79,6 dəfə), ən aşağı dinamika isə "Standard Insurance" Sığorta Şirkəti ASC-də (5,7%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər