Sığorta
114

Azərbaycanda 5 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri 30 milyon manatdan çoxdur

Azərbaycanda 5 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri 30 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri 30 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "PAŞA Həyat Sığorta" (318,62 milyon manat), "PAŞA Sığorta" (103,573 milyon manat), "Atəşgah Həyat Sığorta" (75,468 milyon manat), "İpək Yolu Sığorta" (47,512 milyon manat) və "Xalq Sığorta" (30,194 milyon manat) ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 9-nun uzunmüddətli öhdəlikləri 10-30 milyon manat arasında, 6 şirkətin uzunmüddətli öhdəlikləri 1-10 milyon manat arasında, 1 şirkətin uzunmüddətli öhdəlikləri isə 1 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər