Bankçılıq
144

"Bank VTB Azərbaycan"ın "Visa" kart sahibləri üçün yeni imkan!

"Bank VTB Azərbaycan" ASC-nin keçirdiyi yeni aksiya çərçivəsində Bankın "Visa" kart sahibləri "Wolt" servisi vasitəsilə yemək sifariş etdikdə pulsuz çatdırılmadan istifadə edə bilər. Belə ki, kart istifadəçiləri çatdırılma pulunu Wolt əlavəsindəki hesaba bonus şəklində geri alacaq. Bu vəsaitdən gələcəkdə yeni sifarişin ödənişi zaman istifadə etmək mümkün olacaq. Aksiya 6 ay müddətində qüvvədədir.

"Facebook" sosial şəbəkəsindəki messencerdə DIRECTvirtual kartının istifadəçiləri də evi tərk etmədən və çatdırılma üçün pul xərcləmədən sərfəli şərtlərlə yemək sifarişini edə bilər. İstənilən "Facebook" istifadəçilsi bu kartı pulsuz əldə edə bilər. Bunun üçün sosial şəbəkədə  DIRECT səhifəsinə daxil olmaq kifayətdir. Virtual kartın hesabını artıraraq müştərilər istənilən ödənişi, o cümlədən "Wolt" çatdırılma xidməti vasitəsilə yeməyin sifarişini həyata keçirə bilər.

Bölmədən olan bütün xəbərlər