Bankçılıq
482

"Turan Bank"ın mənfəəti kəskin artıb

"Turan Bank" ASC bu ilin I rübünü 645 min manat mənfəətlə başa vurub.

"Renkinq" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,9 dəfə çoxdur.

Yanvar-mart aylarında "Turan Bank"ın gəlirləri 10,251 milyon manat (illik müqayisədə 18,5% çox), xərcləri 9,657 milyon manat (6,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 51 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Turan Bank"ın aktivləri 514,004 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8% çoxdur. Bunun 339,735 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8% böyüyüb.

Hesabat dövründə "Turan Bank"ın öhdəlikləri 0,5% azalaraq 438,601 milyon manata düşüb, o cümlədən depozit portfeli 8,5% artaraq 255,791 milyon manata çatıb, balans kapitalı isə 27,4% artaraq 75,403 milyon manat, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 70,004 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər