Bankçılıq
172

"Naxçıvan Bank"ın mənfəəti 2 dəfəyə yaxın artıb

"Naxçıvan Bank" ASC bu ilin I rübünü 2,178 milyon manat mənfəətlə başa vurub.

"Renkinq" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 94,8% və yaxud 2 dəfəyə yaxın çoxdur.

Yanvar-mart aylarında "Naxçıvan Bank"ın gəlirləri 3,975 milyon manat (illik müqayisədə 79,1% çox), xərcləri 1,367 milyon manat (29,2% çox), xüsusi ehtiyatlara ayırmaları isə 430 min manat (9,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Naxçıvan Bank"ın aktivləri 228,158 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 18,9% çoxdur. Bunun 102,086 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 52,3% böyüyüb. 

Hesabat dövründə "Naxçıvan Bank"ın öhdəlikləri 26,2% artaraq 142,073 milyon manata, o cümlədən depozit portfeli 26,5% artaraq 87,765 milyon manata, balans kapitalı isə 8,5% artaraq 86,085 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,9% artaraq 77,25 milyon manata çatıb. 

Bölmədən olan bütün xəbərlər